"BakıKart" avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənişi "BakıKART" plastik kartı vasitəsilə həyata keçirilir. “BakıKART”ı Bakı Metropoliteninin stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılan "BakıKART" terminallarından əldə edə bilərsiniz. Kartın balansını “BakıKART” ödəmə terminalları və POS-terminalları, “MilliÖN” terminalları, “BakıKart” mobil tətbiqi və veb portal vasitəsilə artıra bilərsiniz. “BakıKART” terminallarında 0.10, 0.20, 0.50 manat dəyərində sikkələrdən, 1, 5, 10, 20, 50 və 100 Azərbaycan manatı dəyərində əskinaslardan istifadə edilə bilər.

 

Kartın satış qiyməti 2 AZN-dir;

  • Gediş haqqı tarifi qanunvericiliyə əsasən marşrutdan asılı olaraq 0.40 manatdan 1.30 manat aralığında müəyyən edilmişdir;
  • Kartın istifadəsi “Kartdan İstifadə Şərtləri”nə ə sasən tənzimlənir;
  • Kartın fiziki qüsuru yoxdursa, istifadəsinə bir il zəmanət verilir.
"BakıKART" plastik kart

Kartın satış qiyməti 2 AZN-dir;

  • Bir şəhərdaxili gediş haqqının qiyməti 40 qəpikdir;
  • Terminallarda balansın artırılması mümkündür, kartlar geri qaytarılmır;
  • Bu növ kartlar yuxarıda adları çəkilən nəqliyyat vasitələrindən daimi istifadə edən sərnişinlər üçün nəzərdə tutulur.
"BakıKART Məhdud istifadə üçün"

Kartın satış qiyməti 20 qəpikdir;

  • Kart alındığı zaman 1, 2, 3 və 4 gediş yükləmək mümkündür;
  • Bir şəhərdaxili gediş haqqının qiyməti 40 qəpikdir;
  • Terminallarda balansın artırılması mümkün deyildir, kartlar geri qaytarılmır;
  • Bu növ kartlar yuxarıda adı çəkilən nəqliyyat vasitələrindən çox az istifadə edən şəhər sakinləri və şəhərimizin qonaqları üçün nəzərdə tutulur.