“Bakı Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxs Bakı şəhərinin inzibati ərazisində parklanma yerlərinin idarə edilməsi və müvafiq parklanma infrastrukturunun qurulmasına dair məhdud iştiraklı müsabiqə elan edir

15.11.2021 11:00

Müsabiqə “Dövlət Satınalmaları haqqında”Azərbaycan Respublikası Qanununun tələblərinəmüvafiq olaraq təşkil edilir.  Müsabiqədə iştirak etmək istəyən iddiaçılar Agentliyə rəsmi müraciət edərək müsabiqəyə dair ətraflı məlumatları Əsas Şərtlər Toplusundan əldə edə bilərlər. 

İddiaçıların təklif zərfləri 29 noyabr 2021-ci ilsaat 11:00-dək Ziya Bünyadov 111 ünvanında yerləşən Agentliyin inzibati binasına möhürlənmiş ikiqat zərfdə təqdim olunmalıdır. Zərflər  29 noyabr 2021-ci il tarixində saat 12:00-da açılacaqdır.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Əlaqələndirici şəxs: Səkinə Şahbazi (aparıcı məsləhətçi)

Telefon: +994 124047945 (2189), daxili: 2189.

Email: info@bna.az  SShahbazi@bna.az

Ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti 111.