Bakı Nəqliyyat Agentliyi Bakı şəhərinin inzibati ərazisində (prospekt və küçələrdə) “Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri”nin satın alınması məqsədilə açıq tenderə dəvət edir:
lot 1 – Yol xətlənməsi (ağ və sarı xətlərin çəkilməsi) işləri
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ziya Bünyadov 111 (Əlaqələndirici şəxs : Tural Mahmudov telefon : 404-41-20 (daxili 2185)) ünvanından ala bilərlər.
İştirak haqqı:
lot 1 – 1500 manat
Bank adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.BIK: CTREAZ 22
Bakı Nəqliyyat Agentliyi
Hesab № AZ88CTRE00000000000008147701
VÖEN: 1503112971
Büdcə təsnifatının kodu: 142330
Büdcə səviyyəsinin kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
- Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 16.03.2020-ci il 12:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 02.04.2020-ci il 12:00 qədər Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanına təqdim etməlidirlər. Tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 03.04.2020-ci il 12:00 tarixində Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında aparılacaqdır.
- Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender Komissiyası