"Koroğlu" NMM-də maarifləndirmə aksiyası keçirilib

18.11.2019 11:00

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində "Nəqliyyat Agentləri" könüllülərinin iştirakı ilə daha bir maarifləndirmə aksiyası keçirilib. Vətəndaşlara mərkəzdən istifadə qaydaları, sərnişinlərin hüquq və vəzifələri, NMM ərazisində və avtobuslarda tətbiq edilən qadağalar və avtobusların perronlar üzrə hərəkət istiqamətlərini özündə əks etdirən flayerlər paylanaraq maarifləndirmə işləri aparılıb.