3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcəkdir

04.11.2019 18:00

Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcəkdir.
3 nömrəli marşrut:
Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.
31 nömrəli marşrut:
“İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə.
Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə.