Sorğuda iştirak et - Arzularını hərəkətə gətir!

04.04.2019 16:00

Əziz izləyicilərimiz və paytaxt sakinləri! 

Şəhər nəqliyyatını hər biriniz üçün daha rahat və əlçatan etmək, sizlərə təhlükəsiz və keyfiyyətli sərnişindaşıma xidmətlərinin göstərilməsinə nail olmaq üçün səylərimiz davam edir. Sizi məmnun etmək məqsədilə başladığımız işlərə dəstəyiniz bizim üçün əvəzsizdir.

Bunu nəzərə alaraq, şəhərimizin avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işinə də dəstək verməyinizi xahiş edirik. 

Əziz sakinlər, bunun üçün sizi "Bir" Tələbə-Könüllü proqramının könüllülərinin dəstəyi ilə keçiriləcək elektron əsaslı sosioloji sorğuda fəal iştiraka dəvət edirik. Aprelin 8-dən etibarən başlayacaq sorğu 77 gün davam edəcək. İnanırıq ki, şəhərin müxtəlif ərazilərindəki avtobus dayanacaqlarında və daha çox toplaşdığınız məkanlarda sizə müraciət edəcək könüllülərimizin suallarını məmnunluqla cavablandıracaqsınız. Sizi, sorğuda iştirak edərək şəhər nəqliyyatı ilə bağlı gələcək arzularınızı hərəkətə gətirməyə dəvət edirik.