8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar aksiya keçirilir

08.03.2019 11:30

Bakı Nəqliyyat Agentliyi (BNA), “Avto FM” və Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsi (DYP) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar ənənəvi aksiyasını keçirir.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən aksiya zamanı şəhərin müxtəlif yerlərində qadın sürücülər saxlanılır və il ərzində inzibati xətası qeydə alınmayan, saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən qadın sürücülər müəyyən edilərək, BNA və DYP əməkdaşları tərəfindən “Nümunəvi qadın sürücü” elan edilərək gül buketi, müxtəlif hədiyyə və kuponlarla mükafatlandırılır.

Aksiyaya 8 mart 2019-u il saat 10:00-da “Avto FM” radiosunun canlı efirində start verilib.