BNA-nın tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC xeyriyyə yarmarkasına dəstək olub

03.01.2019 14:45

Bakı Nəqliyyat Agentliyi “Nargis” Fondu tərəfindən təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına dəstək olub.

Agentliyin tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC-yə məxsus avtobuslarla dekabr ayı ərzində həftənin cümə və şənbə günləri Bakının müxtəlif uşaq evləri və internat məktəblərindən olan uşaqlarla onların müəllimlərinin xeyriyyə yarmarkasına gətirilməsi, eləcə də tədbir başa çatandan sonra müəssisəyə qaytarılması həyata keçirilib.

Qeyd edək ki, artıq 3-cü ildir ki, uşaq evləri və internat məktəblərindən olan uşaqlarla onların müəllimlərinin “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına gətirilib-aparılmasında üçün “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə olunur.