“Heydər Əliyev ili” çərçivəsində veloyürüş keçirilib

13.05.2023 16:20

Bakı Nəqliyyat Agentliyinin “Heydər Əliyev ili” çərçivəsində növbəti tədbiri olan veloyürüş Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Velosiped Federasiyasının təşkilatı dəstəyi ilə keçirilib.

Veloyürüşün keçirilməsində əsas məqsəd insanlar arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, vətəndaşların idmanın bu növünə olan marağının artırılması, onların aktiv həyata cəlb edilməsidir.