"Nəqliyyat Könüllüləri" Proqramına yeni könüllülərin qəbuluna start verilir.

28.12.2022 15:51

"Nəqliyyat Könüllüləri" Proqramına yeni könüllülərin qəbuluna start veririk.

Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər CV-ləri 23 yanvar 2023-cü il tarixinədək konullu@bna.az elektron ünvanına göndərə bilərlər.

Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə mail vasitəsilə məlumat veriləcək.