Zığ dairəsinin yaxınlığında yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar olaraq bu gün axşam saat 22:00-dan etibarən səhər saatlarınadək qeyd olunan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Bu səbəbdən təmir işləri aparılan yol sahəsindən fəaliyyət göstərən 21, 44, 51, 60, 104, 132, 175 və 183 nömrəli müntəzəm marşrutların daşıyıcılarına təmir-tikinti işləri bitənədək təmir işləri aparılan yol sahəsində xüsusi diqqətli olmaları ilə bağlı müvafiq tapşırıqlar verilib.
© 2016 Bakı Nəqliyyat Agentliyinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.