Buzovna-Mərdəkan avtomobil yolu üzərində velosiped yolları və səkilər inşa edilir

04.11.2022 16:45

Buzovna-Mərdəkan avtomobil yolu üzərində “Bakı Abadlıq” MMC tərəfindən uzunluğu 8.2 km olan velosiped yolları və piyadaların təhlükəsiz, rahat hərəkətini təmin etmək məqsədi ilə səkilər inşa edilir. 

Bakı Nəqliyyat Agentliyi tərəfindən layihələndirilən səki və velosiped yollarında tikinti-quraşdırma işlərinin bir hissəsi artıq yekunlaşıb.

Qeyd edək ki, velosiped yollarının inşası şəhərin mobillik imkanlarının artırılması ilə yanaşı, həm də velosipeddən istifadəni təşviq edən mühüm vasitələrdən biridir.