5-ci “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları ilə tanışlıq görüşü keçirilib

12.10.2022 09:45

Bakı Nəqliyyat Agentliyinin sayca 5-ci “Nəqliyyat Könüllüləri” proqramının iştirakçıları ilə tanışlıq görüşü keçirilib. Könüllülərimiz proqram çərçivəsində mərkəzi aparatda təcrübə keçəcək, müxtəlif təlim, təqdimat və səfərlər vasitəsilə öz bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Eyni zamanda, seçilən könüllülər ilə müqavilələr imzalanıb. 
 
“Nəqliyyat Könüllüləri” proqramının məqsədi, Bakının mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olmaq, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin aparılması və sosialyönümlü istiqamətlərdə həyata keçirilən fəaliyyətlərə dəstək olmaqdır. 
 
Könüllülərimizi təbrik edir və uğurlar arzulayırıq.