Vahid Dispetçer Xidmətinin əməkdaşları təlimdə iştirak edib

11.10.2022 11:25

Bakı Nəqliyyat Agentliyinin Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidmətinin əməkdaşları nəqliyyat sahəsində ixtisaslaşan “NEC” Telekominükasyon və Bilgi Teknolojileri LTD şirkəti tərəfindən keçirilən təlimdə  iştirak edib. Əməkdaşlara ictimai nəqliyyatda hərəkətin izlənilməsi və idarə olunması ilə bağlı “Avtomatlaşdırılmış nəqliyyat vasitələrinin izlənilməsi və idarə olunması” sistemi, dispetçer xidmətinin səmərəli təşkili ilə bağlı bilgilər verilib və qabaqcıl təcrübələrlə bağlı təqdimatlar edilib.
Təlimi müvəffəqiyyətlə keçən əməkdaşlara bu sahədə ixtisaslaşmış xarici şirkət tərəfindən sertifikatlar təqdim edilib.
Qeyd edək ki, Mərkəzləşdirilmiş Vahid Dispetçer Xidməti marşrutların hərəkət sxeminə, avtobusların dayanacaqdan kənar dayanması və sürət həddinin aşılması hallarına nəzarət, nəqliyyat axınında yaranmış sıxlıqlar zamanı avtobuslararası intervalların tənzimlənməsi kimi vacib xidmətləri özündə birləşdirir.