Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyat Könüllüləri" proqramının iştirakçıları BMT-Azərbaycan tərəfdaşlığının 30-cu ildönümü çərçivəsində BMT-nin Bakıdakı ofisinə səfər ediblər.
Görüş zamanı könüllülərə BMT-nin Azərbaycanda həyata keçirdiyi fəaliyyət, planlaşdırılan tədbirlər, habelə təşkilatdakı könüllülük imkanları haqqında məlumat verilib. “Yol hərəkəti təhlükəsizliyi” həftəsi çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərində nəqliyyat könüllülərinin fəallığı vurğulanıb.
© 2016 Bakı Nəqliyyat Agentliyinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.