İnşaatçılar prospektində əlçatanlıq səviyyəsi daha da artırlıb

10.01.2022 09:35

   Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxt ərazisində piyada təhlükəsizliyi və rahatlığının təmin olunması, əlçatanlığın artırılması istiqamətində işlər davam etdirilir. 

   Yüksək piyada intensivliyi və tələbatı nəzərə alınaraq İnşaatçılar prospektində əlçatanlıq səviyyəsi daha da artırlıb. Belə ki, "Statistika dairəsi" ətrafında əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa edilib.

  Hazırda Bakı şəhərinin bir sıra ərazilərində bu istiqamətdə işlər davam etdirilir.

  Piyadayönümlü şəhər daha təhlükəsizdir.