206 təhsil müəssisəsinin ətrafında mövcud eyni səviyyəli piyada keçidləri yenilənib

24.09.2020 12:06

Paytaxt yollarında piyada təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə işlər davam etdirilir. 

 

Xüsusilə, azyaşlıların mütəmadi olaraq səfər etdiyi orta təhsil müəssisələrinin ətrafında müxtəlif təhlükəsizlik tədbirləri görülməkdədir. 

 

Bu çərçivədə;

 

✔️ 206 təhsil müəssisəsinin ətrafında mövcud eyni səviyyəli piyada keçidləri yenilənib;

 

✔️ sürücülər tərəfindən tez-tez sürət həddinin aşıldığı 3 təhsil müəssisəsinin qarşısında sürət məhdudlaşdırıcı maneələr (tramplin) quraşdırılıb;

 

✔️ təhlükəsizliyin maksimum həddə çatdırılması üçün 7 təhsil müəssisəsinin ətrafında yerləşən eyni səviyyəli piyada keçidlərinin önündə, asfalt üzərində “Məktəb”, “Yavaş” sözləri yazılıb.

 

Bundan başqa, ilin sonuna kimi bu kimi işlərin davam etdirilməsi, mövcud eyni səviyyəli piyada keçidlərinin mütəmadi olaraq yenilənməsi, daha 7 təhsil müəssisəsinin ətrafında sürət hədlərinin optimallaşdırılması, müvafiq yol nişanlarının quraşdırılması planlaşdırılır.