Təmir işləri ilə əlaqədar, 173 və 179 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdiriləcək

30.05.2020 15:30

01.06.2020-ci il tarixində Pirşağı qəsəbəsində aparılan işlər ilə əlaqədar olaraq Y.Əliyev küçəsində (Pirşağı qəsəbəsi) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqdır.
Bu səbəbdən 173 və 179 nömrəli marşrutların hərəkət istiqamətləri dəyişdirilərək 179 nömrəli marşrutun son dayanacaq məntəqəsi Y.Əliyev və H.Əliyev küçələrinin kəsişməsində, 173 nömrəli marşrut isə qəsəbəyə daxil olduqdan sonra alternativ olaraq Novxanı-Pirşağı yolu ilə təşkil ediləcəkdir.