Xətai rayonu, İnqilab İsmayılov küçəsində yenidənqurma işləri yekunlaşmaq üzrədir

15.05.2020 14:30

Xətai rayonu, İnqilab İsmayılov küçəsində yenidənqurma işləri yekunlaşmaq üzrədir. Məqsəd, yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması və piyada təhlükəsizliyinin təmin olunmasıdır.
Layihənin icrası zamanı həyata keçirilən dəyişikliklər:

✔️Küçədə səkilər inşa edilib;
✔️Yolun hərəkət koridoru hər istiqamət üzrə 1 hərəkət zolağı olaraq layihələndirilməklə yolda yaranan ensiz boğazlar (butulka effekti) aradan qaldırılıb
✔️Nəqliyyat axınına maneə yaratmayacaq formada yeni “cib” tipli parklanma yerləri təşkil edilib;
✔️Kəsişmələrdə və piyada keçidlərindən səki çıxıntıları inşa edilməklə keçidlər daha təhlükəsiz hala gətirilib;
✔️Avtobus dayanacaq məntəqələrinin yeri dəyişdirilməklə çarpaz formada yerləşdirilib.