İki istiqamət üzrə M1 və M2 xüsusi ekspres avtobus xətləri təşkil edilib

24.03.2020 13:15

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyalar arasında iki istiqamət üzrə M1 və M2 xüsusi ekspres avtobus xətləri təşkil edilib. Hər iki xətt üzrə avtobuslar bu gün səhər saat 06:00-dan sərnişinlərimizin xidmətindədir. 

Sərnişinlərə tövsiyə edilir ki, metrodan istifadə minimuma endirilsin və yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər. 

Bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi və qaydalara əməl etməyi xahiş edirik.