2019 cu ilin fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında dövlət başçısı gənclərlə görüşündə dövlət qurumlarına müraciət edərək Könüllülər Hərəkatının yaradılması və gənclərin bu fəaliyyətə cəlb olunması ilə bağlı çağırış edib. Bu çağırışa uyğun olaraq, Bakı Nəqliyyat Agentliyi “Nəqliyyat Könüllüləri” proqramına start verib və müvəffəqiyyətlə proqram icra edilməkdədir.
Bakı Nəqliyyat Agentliyi tərəfindən gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı naminə səmərəli istifadə etmək məqsədilə intensiv şəkildə fəaliyyətlər "Nəqliyyat Könüllüləri" proqramı vasitəsilə həyata keçiriləcəkdir.
© 2016 Bakı Nəqliyyat Agentliyinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.