Küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır

16.01.2020 11:30

Vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, əsas küçə və prospektlərdə parklanma yerlərinin ödənişsiz olduğunu bildirən məlumat lövhələri quraşdırılır.
Bir daha qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən küçə parklanmasına görə qiymətlər müəyyən edilənədək yalnız bu lövhələrin quraşdırıldığı ərazilər deyil, dayanma və durmanın qadağan olunmadığı digər ərazilərdə də parklanma ödənişsizdir.
Bir daha sürücülərimizdən Yol Hərəkəti Haqqında Qanunun tələblərinə əməl etmələrini, parklanma qaydalarını pozaraq digər hərəkət iştirakçılarına maneə yaratmamalarını xahiş edirik.
Unutmayaq ki, biz yollarda tək deyilik!