ELAN
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi yol nişanlarının (ikinci elan) satınalınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR:
lot 1 – Yol nişanları
Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanından (Əlaqələndirici şəxs: Mahmudov Tural M.Cəmil oğlu telefon: 404-41-20 (daxili 4185) ala bilərlər.
İştirak haqqı:
lot 1 – 800 manat
Bank adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.BIK: CTREAZ 22
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi
Hesab № AZ88CTRE00000000000008147701
VÖEN: 1503112971
Büdcə təsnifatının kodu: 142340
Büdcə səviyyəsinin kodu: 7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 20.07.2017-ci il saat 12:00-ə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.07.2017-ci il saat 12:00-ə qədər Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 31.07.2017-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyində açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender Komissiyası
© 2016 Bakı Nəqliyyat Agentliyinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.