“Yol xətlənməsi əl işləri”nin (ikinci elan) satınalınması

23.06.2017 00:00

ELAN

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi “Yol xətlənməsi əl işləri”nin (ikinci elan) satınalınması məqsədilə

 

AÇIQ TENDER ELAN EDİR:

 

lot 1 – Yol xətlənməsi əl işləri

 

Tender iştirakçılarına təklif edilir ki, «Dövlət satınalmaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanından (Əlaqələndirici şəxs: Mahmudov Tural M.Cəmil oğlu telefon: 404-41-20 (daxili 4185) ala bilərlər.

 

İştirak haqqı:

 

lot 1 – 750 manat

 

Bank adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kodu: 210005

VÖEN: 1401555071

Müxbir hesab: AZ41NABZ01360100000000003944

S.W.I.F.T.BIK: CTREAZ 22 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi

Hesab № AZ88CTRE00000000000008147701

VÖEN: 1503112971

Büdcə təsnifatının kodu: 142340

Büdcə səviyyəsinin kodu: 7

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra 60 bank günü ərzində qüvvədə olmalıdır);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış; 
  • İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • İddiaçılar müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli  və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanunun tələblərinə uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi, bank təminatı istisna olmaqla) 20.07.2017-ci il saat 12:00-ə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 28.07.2017-ci il saat 12:00-ə qədər Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər.

          Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər  açılmadan geri qaytarılacaqdır.

          İddiaçıların təklifləri 31.07.2017-ci il tarixdə saat 14:00-da Bakı şəhəri, Ziya Bünyadov 111 ünvanında yerləşən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyində açılacaqdır.

          İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender Komissiyası