23.04.2019

Əziz gənclər!

Bakı Nəqliyyat Agentliyi “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq və Azərbaycan Respublikası Prezidentinin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramına start verir.

“Yol həyatdır” layihəsi çərçivəsində təşkil ediləcək “Nəqliyyat Agentləri” könüllülük proqramın məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin həyata keçirilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır. Proqram çərçivəsində, CV formalarının qəbul müddəti başa çatıb. Hazırda CV formalarının emal prosesi gedir. Müsahibə mərhələsinə seçilən şəxslərlə əlaqə saxlanılacaq.

Qeyd edək ki, seçilən könüllülər Agentliyin müvafiq şöbələrində 2 ay müddətində təcrübəyə başlayacaq və sonda onlara sertifikatlar təqdim ediləcəkdir.